• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Xəstələnən 95 tələbəyə diaqnoz qoyula bilməyib

DÜNYA

05 Oktyabr 2023 | 17:23

Xəstələnən 95 tələbəyə diaqnoz qoyula bilməyib

Keniyada qəfl xəstəxanaya yerləşdirilən 95 tələbənin xəstəliyinin nə olduğunu öyrənmək mümkün olmayıb.

Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, səhiyyə naziri Susan Nakhumicha tələbələr üzərində indiyədək edilən 5 testdə heç bir nəticəyə rast gəlmədiklərini, əlavə müayinə üçün paytaxt Nayrobidəki müəssisələrə göndərildiyini bildirib.

Digər tərəfdən, sosial mediada əks olunan görüntülərdə iflic və titrəmə kimi pozğunluqları görülən tələbələrin Eregi Qız Liseyində təhsillərinin davam etməsi müzakirələrə səbəb olub. Əksər valideyn övladını məktəbdən çıxarsa da, nazirlik rəsmiləri təhsilin davam etdirilməsini istəyiblər.

Valideynlərin xəstəxanada həyəcanlı gözləməsi davam edir.

Bəzi ekspertlər xəstəliyin tələbələrin orqanizmində elektrolit balansının pozulmasından qaynaqlana biləcəyini şərh ediblər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026