• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Hataydakı meşə yanğını söndürüldü - YENİLƏNİB

DÜNYA

06 Avqust 2023 | 17:47 | Müəllif: Subhan Mahmudov

Hataydakı meşə yanğını söndürüldü - YENİLƏNİB

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda baş verən meşə yanğınları nəzarət altına alınıb.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, yanğınların söndürülməsinə 2 təyyarə, 4 helikopter, 20 su çiləyici maşın, 2 TOMA, 4 inşaat maşını, 19 su tankeri, 9 ilk müdaxilə maşını, 18 pikap cəlb olunub.

Hatay valiliyi təxribat ehtimalını araşdırmaq üçün bölgəyə pilotsuz uçuş aparatlarının yerləşdirildiyini bildirib.

xxx

15:57

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda meşə yanğını baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Taxtaköprü məhəlləsində qeydə alınan yağın bölgəsinə çoxlu sayda yanğınsöndürən cəlb olunub.

Qeyd edək ki, 2 yanğınsöndürmə helikopteri, 15 çiləyici maşın və 2 su çəni ilə havadan və qurudan yanğınla mübarizə davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026