• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Bayquşların dincliyini pozan” fotoqrafa cəza

DÜNYA

05 Sentyabr 2023 | 15:53

“Bayquşların dincliyini pozan” fotoqrafa cəza

Fransada qorunan ərazidə Avrasiya qartal-bayquşu yuvasına mexanizm quran fotoqraf cərimələnib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın Marsel şəhərindəki Calanques Milli Parkından bildirilib.

Məlumata görə, məhkəmə fotoqrafın 1500 avri cəriməmələnməsi barədə  qərar verib.

Məhkəmə, həmçinin fotoqrafı milli parka və ətraf mühitin mühafizəsi assosiasiyalarına 2700 avro bağışlamağa məcbur edib.

Park rəhbərliyi fotoqrafın cihazı bayquşlar yuvada olarkən qurduğunun və bu sırada yuvanı zədələdiyinin müəyyən edildiyini açıqlayıb.

Calanques Milli Parkının elmi tədqiqat şöbəsindən Muriel Chevrier məhkəmənin bu qərarla "şəxsi maraqlara" qarşı "vəhşi heyvanlar üçün sakit mühitin təmin edilməsini" tanıdığını bildirib.

Qartal bayquşları yumurta qoymaq üçün ildə 1-3 dəfə Marsel qayalarından istifadə edirlər. Bölgədəki bəzi dırmaşma yolları bayquşların çoxalma mövsümündə istifadə üçün bağlanıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR