• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Böyüklərə XƏBƏRDARLIQ: 6 saatdan az yatmayın

DÜNYA

05 Oktyabr 2023 | 14:48

Böyüklərə XƏBƏRDARLIQ: 6 saatdan az yatmayın

Yaponiyada kişilərin 37,5 qadınların isə 40,6%-i gündə, orta hesabla, 6 saatdan az yatır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin araşdırmasında qeyd olunur.

Bu həftə açıqlanan tövsiyə hesabatı layihəsində nazirlik yuxu müddətini və keyfiyyətini yaxşılaşdırmaq üçün böyüklərə gecə ən azı 6 saat yatmağı tövsiyə edib.

Sözügedən hesabatda deyilən yuxu müddətlərinin təhlükəli olduğu qeyd dilib. Buna uyğun olaraq, 1-2 yaşlı uşaqlar üçün 11-14 saat, 3-5 yaşlı uşaqlar üçün 10-13 saat, ibtidai sinif şagirdləri üçün 9-12 saat, yuxarı sinif şagirdləri və tələbələr üçün 8-10 saat yuxu tövsiyə olunur.

Nazirlik həftə ərzində ictimaiyyətlə paylaşılan hesabatı ilin sonuna kimi yekunlaşdıracaq.

Xatırladaq ki, OECD-nin 2021-ci ildə apardığı araşdırmada, Yaponiyada insanların orta hesabla 7 saat 22 dəqiqə yatdığı ortaya çıxmışdı. Bu göstərici 33 ölkə arasında ən qısa yuxu müddəti olmuşdu.

Mütəxəssislər gündə 6-8 saat yuxunun böyüklər üçün ideal olduğunu iddia edirlər. Çünki gündə 7 saat yatanların depressiya, xərçəng və ürək xəstəliklərİNdən əziyyət çəkmə ehtimalı azdır.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026