• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ermənilərin Qarabağdan tələm-tələsik köçü: Hansı gizli planlar var?

DÜNYA

05 Oktyabr 2023 | 14:06 | Müəllif: Qalib İbrahimoğlu

Ermənilərin Qarabağdan tələm-tələsik köçü: Hansı gizli planlar var?

"Ermənilərin Qarabağda qalması hər zaman Azərbaycan dövləti üçün təhlükə deməkdir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı deyib.

Onun sözlərinə görə, bizim üçün əsas odur ki, torpaqlarımız təmizlənir: "Əlbəttə, Qarabağı tərk edən ermənilərin sayı şişirdilir, burada o qədər əhali heç SSRİ vaxtı olmayıb”.

Q.Çaxmaqlı deyib ki, Qarabağda qalacaq ermənilərin sayının nə qədər olmasının əhəmiyyəti yoxdur. Onların mayasında terrorizmə, irqçi düşüncəyə ciddi meyillənmə var: “Ona görə də biz dövlətçiliyimizin gələcəyini düşünərək hərəkət etməliyik”.

Qafar Çaxmaqlı: Biz öz ərazimizdə necə davramaqla bağlı kiməsə hesabat verməli deyilik...

Müsahibimiz qeyd edib ki, ermənilərin tamamilə buranı tərk etməsi zamanın çağırışı idi və nəhayət baş verdi: “İndi ermənilər bundan sonra hansı ideoloji hücumlar hazırlayacaqlar, əhəmiyyəti yoxdur. Düşünürəm ki, belə tələm-tələsik köçlə ermənilərin gizli hansısa planları ola bilər. Onlar kənarda bir icma qurmaqdan bəhs edirlər. Kosova variantını müzakirə edirlər. Ancaq xeyri yoxdur. Bütün platformalarda qalibik. Qarabağ Azərbaycandır və biz öz ərazimizdə necə davramaqla bağlı kiməsə hesabat verməli deyilik..."

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026