• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Antalya hava limanından rekord nəticə...

DÜNYA

06 Avqust 2023 | 21:24 | Müəllif: Subhan Mahmudov

Antalya hava limanından rekord nəticə...

Türkiyənin Antalya Hava Limanı həm təyyarə, həm də sərnişin axını baxımından bütün zamanlarda rekord nəticə ilə öndə olub.

Bakıvaxtı.az xəbər verir ki, ötən gün hava limanında 1190 təyyarə və 214 min 919 sərnişinə xidmət göstərilib.

Hazırda turizm fəaliyyətinin davam etdiyi Antalyada hava nəqliyyatında da sıxlıq müşahidə olunur.

Antalya valisi Ersin Yazıcı sosial media hesabında dünən hava limanında olan təyyarə və sərnişinlərin sayı barədə paylaşım edib.

Bu həftə hava limanında iki rekordun qırıldığını qeyd edən E.Yazıcı, 127-si daxili, 1063-ü beynəlxalq xətdə aid olmaqla 1190 təyyarənin enərək havaya qalxdığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR