ABŞ hakimiyyəti mümkün təhlükə və iğtişaşlar səbəbindən bəzi seçki məntəqələrində təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.
Bakıvaxtı.az "The Washington Post"a istinadən xəbər verir ki, gözlənilən təhlükəsizlik tədbirləri arasında dronların istifadəsi, seçki məntəqələri işçiləri üçün panik düymələrinin quraşdırılması, bəzi şəhərlərdə seçki məntəqələrinin və bülletenlərin sayılması mərkəzlərinin mühafizəsi üçün snayperlərin yerləşdirilməsi daxil ola bilər.
Polis həmçinin çevik reaksiya qruplarını hazır vəziyyətə gətirəcək və çoxlu sayda patrul küçələrə yerləşdiriləcək.
Bundan başqa, Vaşinqton və Nevada mümkün iğtişaşlar zamanı Milli Qvardiyadan istifadə etmək mümkün olacaq.
Ştatda səslərin hesablanması prosesinə nəzarət edən Arizona ştatının katibi Adrian Fontes zireh geyinəcəyini bildirib.
Gülşən Şərif