ABŞ prezidenti Co Bayden hökumətinin Venesuela prezidenti Nikolas Maduroya prezidentlikdən imtinası müqabilində siyasi sığınacaq təklif etdiyi iddia olunub.
Bakıvaxtı.az "Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, ötən il Qətərin paytaxtı Dohada ABŞ və Venesuela arasında keçirilən gizli razılaşma danışıqlarında Maduronun istefas” məsələsinin gündəmə gəldiyi və Venesuela prezidentinin buna razı olmadığı bildirilib.
Ötən həftə isə Maduro ABŞ ilə əldə olunan və Qətərdə imzalanan gizli razılaşma ilə bağlı sənədləri sosial mediada paylaşıb. Yazıya daxil edilən sənədlərdə Bayden administrasiyası ilə Maduro administrasiyasının müxalifətin ölkədəki prezident seçkilərində iştirak edəcəyi və bu ölkədəki prezident seçkilərinə öhdəliyi verəcəyi təqdirdə ABŞ-nin Venesuelaya neft, bank və qızıl sektorunda tətbiq etdiyi sanksiyaları ləğv etmək barədə razılığa gəldiyi qeyd olunub.
Nikolas Maduro avqustun 9-da keçirdiyi mətbuat konfransında verdiyi açıqlamada ABŞ-yə qarşı "Venesuellanın daxili işlərinə qarışmayın. Sizdən tək istəyim budur" sözlərini səsləndirilib.
Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib. İyulun 29-da seçki başa çatdıqdan sonra bəyanatla çıxış edən müxalifət Milli Seçki Şurasının məlumatlarının dəqiq olmadığını və nəticələrin saxta olduğunu iddia edib.
Gülşən Şərif












