Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaar Aİ-nin Özbəkistandakı səfiri vəzifəsinə təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Avropa İttifaqının Özbəkistana yeni təyin olunmuş səfiri Toivo Klaarın etimadnaməsinin surətləri qəbul edilib. Özbəkistan hökuməti Mərkəzi Asiya ilə Aİ arasında əlaqələrin möhkəmlənməsinə və nəzərəçarpacaq nəticələrin əldə olunmasına kömək etməyə çalışır”, - paylaşımda qeyd edilib.