Avstraliyanın Viktoriya əyalətinin paytaxtı Melburn şəhərində etiraz aksiya keçirilib.
Bakıvaxtı.az xarici mediaya istiandən xəbər verir ki, fəalların soyqırım törədən İsrailə silah satışına etiraz etdikləri nümayişdə 33 nəfər saxlanılıb.
Nümayişçilər yarmarka meydançalarında və əraziyə gedən küçələrdə yürüş edərək, Avstraliyanı İsrailə silah satmamağa və İsrailin Qəzzaya hücumlarına son qoymağa çağırış edirlər.
Bildirilib ki, hadisələrdə yaralanan 24 polis müalicə edilir. Nümayişlərdə iştirak edən 33 nəfər isə saxlanılıb.
Əli Hüseynov