İspaniya hökuməti ABŞ-də keçirilən prezident seçkilərində Kamala Harrisin tərəfində olub.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Dünən axşam ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında keçirilən televiziya debatını qiymətləndirən İspaniya hökumət rəsmiləri qalibin Harris olacağını iddia ediblər.
Xüsusilə koalisiya hökumətinin əsas tərəfdaşı olan Sosialist İşçi Partiyasından (PSOE) olan nazirlər Harrisə dəstək olduqlarını ifadə edən açıqlamalar veriblər.
Əli Hüseynov