Sankt-Peterburqda BRİKS ölkələrinin yüksək səviyyəli nümayəndələrinin 14-cü təhlükəsizlik toplantısı işə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, sabah başa çatacaq iclasda Rusiya, Çin və İran, habelə Braziliya, Misir, Efiopiya, Hindistan, Cənubi Afrika Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndələri iştirak ediblər.
Toplantının açılışında çıxış edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu BRİKS-in əhəmiyyətinə diqqət çəkərək qeyd edib:
"BRİKS ölkələri dünya əhalisinin 40 faizindən çoxunu, ümumi daxili məhsulun üçdə birini təşkil edir. Bu təşkilat dünya ticarətinə əhəmiyyətli təsir göstərir".
Şoyqu BRİKS-in qlobal təhlükəsizliyin təmin edilməsi, terror və ekstremizmlə mübarizə prosesinə töhfə verdiyini vurğulayıb.
Şoyqu bəyan edib ki, Rusiya hazırkı şəraitdə dövlətlərlə əməkdaşlığa tərəfdardır.
Əli Hüseynov