• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər etdi

DÜNYA

14 Avqust 2022 | 18:14

ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər etdi

Bu gün ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edib.

Bakıvaxtı.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir.

Səfər iki gün davam edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Tayvan administrasiyasının rəhbəri Tsay İvenlə görüşəcək, Tayvan xarici siyasət idarəsinin rəhbəri Cozef Unun təşkil etdiyi banketə qatılacaq, Tayvan parlamentində olacaqlar.

Qeyd edək ki, səfər barədə öncədən məlumat verilməyib.


SON XƏBƏRLƏR

18 Aprel 2024