• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

ABŞ Ukrayna ordusuna təlim keçəcək

DÜNYA

15 Aprel 2022 | 18:06 | Müəllif: Subhan Mahmudov

ABŞ Ukrayna ordusuna təlim keçəcək

ABŞ Müdafiə Nazirliyi Ukrayna hərbçilərinə yeni silahlarla rəftar qaydalarını öyrətmək üçün təlim planı hazırlayır.

Bakıvatxı.az xəbər verir ki, nazirliyin yüksək vəzifəli rəsmisinin sözlərinə görə, təlim bir neçə gün davam edəcək. Bu müddət ərzində Ukrayna əsgərləri 155 mm-lik haubitsa topları, artilleriya əleyhinə radarlar və “Sentinel” hava hücumundan müdafiə (HHM) radarlarından istifadənin əsaslarını mənimsəyəcəklər.

ABŞ Prezidenti Co Baydenin administrasiyası döyüşlərin növbəti mərhələsinin Donbas ərazisində keçiriləcəyini ehtimal edir. Orada, ABŞ-ın fikrincə, açıq sahələrdə böyük döyüşlər və toqquşmalar ola bilər. Vaşinqton bu fərziyyələrə əsaslanaraq, Ukrayna Silahlı Qüvvələrinə verilən silah növlərinin siyahısını xeyli genişləndirib.

Məlumata görə, ABŞ ilk dəfə olaraq Ukraynaya piyada əleyhinə minalar, uzaqmənzilli artilleriya, zirehli maşınlar və radardan müdafiə vasitələri tədarük edəcək.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026