• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ və NATO Rusiya ilə yeni görüş keçirməyə hazırdır

DÜNYA

15 Yanvar 2022 | 23:18 | Müəllif: Subhan Mahmudov

ABŞ və NATO Rusiya ilə yeni görüş keçirməyə hazırdır

ABŞ-ın dövlət katibi Entoni Blinkenlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığının gedişində NATO-Rusiya Şurasının iclasından sonra atrılacaq qarşılıqlı addımlar müzakirə edilib. Dövlət Departamentindən bildirilib ki, ABŞ və NATO Rusiya ilə yeni görüş keçirməyə hazırdır.

“Dövlət katibi Entoni Blinken yanvarın 12-də keçirilən NATO-Rusiya Şurasının iclasından sonra gələcək addımları müzakirə etmək üçün NATO-nun Baş katibi Yens Stoltenberqlə danışıb. Birləşmiş Ştatlar və NATO Rusiya ilə yenidən görüşməyə, diplomatik fəaliyyəti və qarşılıqlı dialoqu davam etdirməyə hazırdır”, - deyə ABŞ-ın xarici siyasət qurumunun mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026