• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Bəzi səfirliklərin bu qərarı səhvdir" - Zelenski

DÜNYA

14 Fevral 2022 | 20:00 | Müəllif: Subhan Mahmudov

"Bəzi səfirliklərin bu qərarı səhvdir" - Zelenski

Bəzi səfirliklərin Kiyevdən Qərbi Ukraynaya köçmək qərarı səhvdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu, onların qərarıdır, lakin Qərbi Ukraynaya köçmək böyük səhvdir. Çünki Qərbi Ukrayna yoxdur, Ukrayna var, bütövdür. Ona görə də, Allah eləməsin, bir şey olsa, hər yerdə olacaq. Beş-altı saat ərzində eskalasiyadan və problemlərdən uzaq ola bilməzsiniz”, - Zelenski qeyd edib.

Qeyd edək ki, daha öncə bir sıra ölkələrin hakimiyyət orqanları təhlükəsizlik maraqları naminə öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb. Bundan əlavə, bəzi Qərb diplomatik missiyalarının əməkdaşları və onların ailə üzvləri bu ölkədən təxliyə edilib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026