• Bakı 24° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Somalidə partlayış - Ölənlər var

DÜNYA

16 Mart 2022 | 19:57 | Müəllif: Subhan Mahmudov

Somalidə partlayış - Ölənlər var

Somalinin Keniya ilə sərhədi yaxınlığında baş verən partlayış nəticəsində azı 10 keniyalı hərbçi ölüb, beş nəfər ağır yaralanıb.

Bakıvaxtı.az “BBC”yə istinadla xəbər verir ki, hadisə avtomobil karvanının kustar üsulla hazırlanmış partlayıcı qurğunun üzərindən keçməsi nəticəsində baş verib.

Partlayışın əvvəllər də mülki şəxslərə və təhlükəsizlik qüvvələrinin karvanlarına qarşı oxşar hücumlar həyata keçirən Əl-Şəbab qruplaşması tərəfindən törədildiyi güman edilir.

Öldürülən hərbçilərin federal hökumətə silahlılarla mübarizədə kömək üçün Afrika İttifaqının Somalidə yerləşdirilən sülhməramlı qüvvələrə aid olduqları bildirilib.

Qeyd edək ki, son aylarda Somalidə ictimai yerləri və təhlükəsizliyi yoxlama məntəqələrini hədəfə alan hücumlarda artım müşahidə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026