• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Ukraynada hərbi əməliyyatların taktikası...” - Putin

DÜNYA

16 Mart 2022 | 19:47 | Müəllif: Subhan Mahmudov

“Ukraynada hərbi əməliyyatların taktikası...” - Putin

“Rusiya Müdafiə Nazirliyinin Ukraynadakı taktikası özünü tam doğrultdu, mülki əhalinin tələfatının qarşısını almaq üçün hər şey edilir”.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. 

“Rusiya Müdafiə Nazirliyi və Baş Qərargahımız tərəfindən hazırlanmış hərbi əməliyyatların taktikasına gəlincə, bu, özünü tam doğrultdu. Bizim əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq nümayiş etdirirlər. Onlar Ukrayna şəhərlərinin mülki əhalisi arasında itkilərdən qaçmaq üçün əllərindən gələni edirlər”, - deyə Putin bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026