Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 2025-ci il üçün “THE Impact Ranking” reytinqini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, “THE University Impact Rankings” Birləşmiş Millətlər Təşkilatının (BMT) “Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirir. Reytinqin 2025-ci il üçün nəzərdə tutulan 7-ci nəşrinə 2318 universitet daxil edilib.
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilk dəfə müvafiq reytinq qiymətləndirilməsində yer almasına baxmayaraq dünya üzrə 1001-1500 diapazonunda yer alaraq ölkə üzrə 6-cı, region universitetləri arasında isə 1-ci və Dayanıqlı İnkişaf Məqsədləri 2 üzrə (aclığa son) isə Azərbaycan universitetləri arasında ilk sırada qərarlaşıb.
ADAU-nun Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə göstəriciləri aşağıdakı kimidir:
- DİM 2 üzrə (aclığa son) 955 müəssisə arasında 201-300,
- DİM 11 üzrə (dayanıqlı şəhərlər və icmalar) 1154 müəssisə arasında 401-600,
- DİM 8 üzrə (layiqli əmək və iqtisadi artım) 1350 müəssisə arasında 601-800,
- DİM 13 üzrə (iqlim dəyişikliyinə qarşı mübarizə) 1089 müəssisə arasında 601-800,
- DİM 17 üzrə isə (məqsədlər üçün tərəfdaşlıq) 2389 müəssisə arasında 1001-1500 diapazonunda yer alıb.