“Nəzərə almaq lazımdır ki, vaxtından əvvəl doğulan uşaqlar anadan daha az qoruyucu anticisimlər alır və anticisimlərin onların orqanizmindən daha tez xaric olması nəticəsində belə uşaqlarda infeksion xəstəliklərdən müdafiə aşağı səviyyədə olur və yoluxma ehtimalı artır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam həyat” verilisində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, vaxtından əvvəl və ya az çəki ilə doğulan körpələr peyvənd təqviminə uyğun vaksinasiyaya cəlb olunmalıdırlar.
“Onların qorunması xüsusilə vacibdir, çünki onlarda infeksion xəstəliklərdən müdafiə daha da aşağıdır və xəstələnmə ehtimalı çoxdur. Belə körpələr pediatrın təyinatı ilə peyvənd olunur. Hər peyvəndin təqvimə uyğun yaşda vurulması çox vacibdir, çünki həmin yaş dövründə uşağın peyvəndlə qarşısı alınan təhlükəli xəstəliklərə məruzqalma riski olduqca yüksəkdir. Həmçinin, bu yaş dövründə peyvəndləmə nəticəsində daha güclü immunitet yaranır”.
A.Əliyeva sonda bildirib ki, peyvəndlərin gecikdirilməsi uşaqların təhlükəli xəstəliklərə yoluxma riskini artırır.



jpg-1724919809.webp)

jpg-1724917936.webp)










