• Bakı 17° C

    15.8 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

AFFA rəsmisi “Fənərbaxça”nın avrokubok matçına təyinat alıb

İDMAN

25 Fevral 2025 | 12:02

AFFA rəsmisi “Fənərbaxça”nın avrokubok matçına təyinat alıb

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

Bakıvaxtı.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının 1/8 finalında keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma martın 6-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.


SON XƏBƏRLƏR

26 Aprel 2025