2025–2026-cı tədris ilində məktəbəqədər təhsildə əhatəliliyin artırılması əsas hədəflərimizdəndir.
Bakıvaxtı.az xəbər verir ki, bunu “2025–2026-cı tədris ili: Yeniliklər və hədəflər” tədbirində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, müəssisələrin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılması da prioritetlər sırasındadır:
“Tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi diqqət mərkəzindədir”.
Əli Hüseynov