• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ Əfqanıstanın tələbini rədd etdi

DÜNYA

05 Oktyabr 2026 | 13:52 | Müəllif: Əli Hüseynov

ABŞ Əfqanıstanın tələbini rədd etdi

ABŞ Dövlət Departamenti Əfqanıstan Amerika Universitetinin növbəti iki il ərzində 25 milyon dollarlıq maliyyələşdirmə tələbini rədd edib və 2026-cı ilin sonuna qədər dəstəyini tamamilə dayandırmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Universitet  2006-cı ildə Kabildə təsis edilib və yarandığı gündən bəri ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 225 milyon dollardan çox vəsait alıb. 2021-ci ildə Talibanın (terrorçu təşkilat kimi tanınan bir hərəkat) hakimiyyətə qayıtmasından sonra xarici işçilər Əfqanıstanı tərk etdilər və tədris onlayn rejimə keçdi.

Bu qərar universitetin gələcəyini təhlükə altına qoya və yüzlərlə əfqan qadını ali təhsil almaq imkanından məhrum edə bilər. Hazırda universitetdə təxminən 980 tələbə distant təhsil alır ki, bunların təxminən dörddə üçü qadındır və təxminən 90%-i Əfqanıstanda yaşayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026