• Bakı 20° C

    6.74 m/s

Ali Hərbi Məktəbə sənəd qəbulunun vaxtı açıqlandı

CƏMİYYƏT

18 Mart 2022 | 10:12

Ali Hərbi Məktəbə sənəd qəbulunun vaxtı açıqlandı

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənədlərin qəbulu 1-30 aprel tarixlərində aparılacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bakıvaxtı.az-a verilən xəbərə görə cari ildən etibarən sənəd qəbulunda qəbul (buraxılış) imtahanını Azərbaycan dilində verən abituriyentlərlə yanaşı, imtahanı rus dilində verən abituriyentlər də iştirak edə bilərlər.

Xatırladaq ki, qeyd olunan təhsil müəssisələrində tədris Azərbaycan dilində təşkil olunur.

Abituriyentlər sənəd qəbulu haqqında elanların tam mətni ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026