• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qaranlıqda televizora, telefona baxmaq nələrə səbəb ola bilər?

CƏMİYYƏT

17 Aprel 2022 | 04:23 | Müəllif: Qalib İbrahimoğlu

Qaranlıqda televizora, telefona baxmaq nələrə səbəb ola bilər?

Nəyə görə qaranlıq şəraitdə televizor, telefonun mavi ekranına baxmaq orqanizm üçün zərərlidir?

Bakıvaxtı.az bakupost.az-a istinadla xəbər verir ki, Omsk şəhəri oftalmoloqları işığı söndürülmüş otaqda televizora baxmağın gözlərə ziyanını açıqlayıb.

"İnsana elə gəlir ki, qaranlıqda ekrana baxmaq daha rahatdır, göz yorulmur. Lakin sizin beyniniz və gözləriniz belə düşünmür. Qaranlıqda televizora baxmaq gözləri yorur, ən pis halda gözdibi, daxili təzyiqi yüksəldir, bu da görmənin pisləşməsinə, hətta qlaukomaya kimi gətirib çıxarır", - deyə Kliniki oftalmoloji mərkəzin həkimləri bildrir.

Həkimlər komputer, telefon və televizora qaranlıq yox,ən azı yarımqaranlıq, torşer işığında baxmağı tövsiyə edir. Otaqda az da olsa işıq olmalıdır.

Planşet, televizora qaranlıqda baxmaq göz sinirlərini gərginləşdirir, belə vəziyyət uzun müddət olsa, baş ağrısı da yarana bilər.

Çünki gərgin göz siniri başa ağrı siqnalı ötürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026