• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Jurnalistin ölüm xəbəri YALANDIR" - YENİLƏNİB

CƏMİYYƏT

17 May 2022 | 00:30 | Müəllif: Subhan Mahmudov

"Jurnalistin ölüm xəbəri YALANDIR" - YENİLƏNİB

Tanınmış jurnalist İradə Cəlilin vəfatı ilə bağlı xəbər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, yenicag.az məlumatı dəqiqləşdirmək üçün jurnalistin yaxınları ilə əlaqə saxlayıb.

 “Ölüm xəbəri yalandır. Hazırda Gürcüstanda yaşayır. Sağ-salamatdır”, - deyə İradə Cəlilini yaxınları bildiriblər.

***

16 may, saat 23:18

Tanınmış jurnalist İradə Cəlil vəfat edib.

Bakıvaxtı.az İnterpress-ə istinadən xəbər verir ki, o, uzun sürən xərçəng xəstəliyindən vəfat edib.

Qeyd edək ki, İradə Cəlil 1982-ci il, avqustun 30-da Bakıda Zabrat qəsəbəsində doğulub. Uşaqlığı Zabratda keçən jurnalist Xavər Vəliyev adına 75 saylı orta məktəbi bitirib. “Mühasibat uçotu və auditin əsasları” fakültəsinin məzunu olub, Türkiyədə Atatürk Universitetinin İctimaiyyətlə əlaqələr fakültəsində təhsilini davam etdirib.

Allah rəhmət eləsin!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026