• Bakı 15° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Bakıda çörəkdən iynə çıxdı

CƏMİYYƏT

15 Iyun 2022 | 18:10 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda çörəkdən iynə çıxdı

Bakıda vətəndaşın aldığı çörəkdən iynə çıxıb. 

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə oxu.az-a vətəndaş müraciət edib. 

Bildirilib ki, “Nur” çörək zavodunun istehsal etdiyi məhsuldan iynə çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu barədə açıqlama verib. Qurumdan bildirilib ki, məsələ AQTA tərəfindən artıq nəzarətə götürülüb:

“Araşdırmalara başlanılıb, aparılan araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.

Qeyd edək ki, yanvarın 7-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus “Nur” çörək zavodunda bədbəxt hadisə baş verib. Həmin gün orada fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR