Son günlər sosial mediada ölkənin quru sərhədlərin açılması ilə bağlı çağrışlar və məlumatlar yayılır.
Qeyd edək ki, Azərbaycan koronavirusla əlaqədar 2020-ci ilin mart ayında quru sərhədlərini bağlayıb, ölkəni yalnız hava yolu ilə tərk etmək mümkündür, bircə Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıqdır.
Nazirlər Kabinetinin son qərarına görə, ölkədə pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, yerüstü sərhədlərin bağlı qalması bu ilin iyulun 1-nə kimi uzadılıb.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri aviabiletlərin baha olmasını və xaricdə təhsil alan tələbələrin ölkəyə qayıtmasını nəzərə almağı, həmçinin turizmin inkişafı üçün quru sərhədlərin açılmasının vacib olması ilə bağlı hökumətə çağırışlar edirlər.
Naxçıvan sakini, şəhid qardaşı Elyar İslamoğlu: “Pandemiya artıq bitib. Ölkəmizdə beynəlxalq yarışmalar keçirilir, hava limanları işləkdir. Təyyarə biletləri çox baha olduğundan vətəndaşlar, xüsusilə də tələbələr gediş-gəlişdə çox əziyyət çəkir. Odur ki, quru sərhədlərin açılmasını tələb edirik.
Turizm eksperti Vüqar Əliyev: “Gürcüstan sərhədi bağlıdır. Türkiyəyə bilet 289 manatdır. Naxçıvan üzərindən getsən bilet yoxdur. Ölkə rəsmən blokadadır”.
Ramid İbrahimov


















