• Bakı 10° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Sərt karantin rejimi qayıdır? - AÇIQLAMA

CƏMİYYƏT

15 Iyul 2022 | 12:57

Sərt karantin rejimi qayıdır? - AÇIQLAMA

Son günlər koronavirusa yoluxma sayı artmaqdadır.

Bakıvaxtı.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, iyulun 14-də ölkədə koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 794 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 831 nəfər müalicə olunaraq sağalıb, 9722 nəfər vəfat edib, aktiv xəstə sayı 539 nəfərdir.

Ölkədə son sutka ərzində 2911, hazırkı dövrədək isə 6 994 425 test aparılıb.

Virusa yoluxma hallarının artması cəmiyyətdə karanrin rejiminin qayıdacağı ilə bağlı narahatlıqlar yardır. Sosial şəbəkələrdə qapalı məkanlarda maska tələbinin bərpa olunacağı barədə də fikirlər dolaşır. Deyilənlər, nə dərəcədə doğrudur? Yoluxma sayı artsa,karantin rejimi bərpa oluna bilərmi?

Rəşad Mahmudov: "Maska tələbi gözləniləndir”

Cəmiyyəti narahat edən bu kimi sualları cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Bakıvaxtı.az-a bildirib ki, bugünkü var olan vəziyyədə və pandemiya davam edən müddətdə, əlbəttə, qarşıda hər hansı bir dalğanın olma ehtimalı var:

Onun sözlərinə görə, xüsusilə payız aylarında virus dağlasının gəlməsi gözlənilir: "Buna görə də cəmiyyət və dövlət bu günə qədər olan vəziyyəti nəzərə alaraq, addım atmaq məcburiyyətindədir".

O ki qaldı sərt karantin rejiminə, deputat qeyd edib ki, sərt tədbirlərin yenidən qüvvəyə minməsi ehtimalı dünyada “yox” dərəcəsində qəbul olunur: "Bunun yerinə, dalğalar artdığı zaman, sadə şərtlərin qoyulması gözlənilir. Bunların da başında maska tələbi gəlir. Xüsusən ictimai yerlərdə, ictimai nəqliyyat və bir çox qapalı məkanlarda yenidən tələbi gözləniləndir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR