• Bakı 17° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Bu içkilər şəkər xəstələrinin susuzluğunu yatıra bilər

CƏMİYYƏT

14 Avqust 2022 | 04:11

Bu içkilər şəkər xəstələrinin susuzluğunu yatıra bilər

Şəkər xəstələrinin istidə maye itkisinin qarşısını almaq üçün bəzi içkilərin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, həkim Olqa Kaşlyak bildirib ki, şəkər xəstəsi üçün ən vacib tövsiyə odur ki, həmişə əlinizdə su olmalıdır. "Hər dəfə susuzluq hiss etdikdə içmək lazımdır. Özünüzü su içməyə məcbur etmək lazım deyil. Gün ərzində kiçik qurtumlarla bnu etmək olar”,- deyə həkim bildirib.

Onun sözlərinə görə, adi suya yaxşı müxtəlif əlavələr etməklə şəkər xəstələri susuzluğu yatırda bilər.

Şəkərsiz çay (yaşıl, bitki mənşəli, limon balzamı və ya nanə, hibiskus), tərəvəz suyu (pomidor və ya xiyar), az yağlı süd (badam, yulaf əzməsi, düyü, kokos) vəç ay göbələyi(kombucha).

Sonuncu xüsusilə yüksək qlükoza ilə problemləri olan insanlar üçün faydalıdır. İçkinin tərkibindəki şəkər zamanla göbələk və bakteriyaların qarışığı ilə çıxarılır.

İsti havada şəkər xəstələri şəkərli qazlı içkilərdən, alkoqoldan, kofeinli və karbohidratlı enerji içkilərindən, mağazadan alınmış meyvə şirələrindən uzaq durmalıdırlar./lent.az/


SON XƏBƏRLƏR