• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

AQTA 45 müəssisədə nöqsanlar AŞKARLADI

CƏMİYYƏT

12 Sentyabr 2022 | 18:46 | Müəllif: Subhan Mahmudov

AQTA 45 müəssisədə nöqsanlar AŞKARLADI

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının ölkə ərazisində qida sahəsində fəaliyyət göstərən 44 ticarət müəssisəsi və 28 ictimai iaşə müəssisəsində həyata keçirdiyi monitorinqlər zamanı ümumilikdə 45 müəssisədə nöqsanlar müəyyən olunub.

Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 43, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 25 nöqsan aşkar olunub.

Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026