• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hamilə olduğunu "Apple Watch" vasitəsilə öyrəndi

CƏMİYYƏT

12 Oktyabr 2022 | 17:05 | Müəllif: Qalib İbrahimoğlu

Hamilə olduğunu "Apple Watch" vasitəsilə öyrəndi

Apple Watch seriyası yeniləndikdə hər zaman bir həyat qurtardığına dair xəbərlər gəlir.

Bakıvaxtı.az-ın məlumatına görə, bu dəfə bir qadının hamilə olduğunu Apple Watch sayəsində öyrəndiyi barədə xəbər gəldi. Apple Watch ilə bağlı bu xəbəri Reddit-də bir istifadəçi paylaşıb.

34 yaşlı qadının dediyinə görə, ağıllı saat son 15 gündə ürək döyüntüsünün dəyişməsi barədə özünü xəbərdar edib. Normal günlərdə ürək döyüntüləri 57 olan qadın, son vaxtlar bu sürətdən 72-yə xəbərdarlıq edildiyini və saat tərəfindən xəbərdar edildiyini paylaşıb.

Vəziyyətdən narahat olan qadın səbəbini araşdırmağa başlayıb. Əvvəlcə bunun COVID-19 səbəbiylə olduğunu düşünüb. Ancaq koronavirus testinin nəticəsi mənfi çıxandan sonra o, apardığı araşdırma nəticəsində qadınların ürək döyüntülərinin adətən hamiləliyin ilk trimestrində artığını öyrənib. Beləliklə, hamiləlik testi müsbət nəticə verib. Həkimlər onun dörd həftəlik hamilə olduğu qənaətinə gəliblər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026