• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gələn ay şəhid ailələrinə daha 170 mənzil veriləcək

CƏMİYYƏT

11 Noyabr 2022 | 16:58

Gələn ay şəhid ailələrinə daha 170 mənzil veriləcək

“Regionlarda şəhid ailələrinə ev verilməməsi fikri düz deyil. Bu günə kimi 4000 evin 1000-i regionlarda verilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Bakı və Sumqayıtda şəhid ailələrinə verilən evlərin sayı daha çoxdur: “Lakin burada yaşayan şəhid ailələrinin sayı da çoxdur. Ona görə rəqəmlərdə bu fərq ortaya çıxır. Dekabr ayı üzrə 3 rayonda şəhid ailələrinə 170 mənzil təqdim olunacaq”.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026