• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

BNA-nın işi ancaq cərimə yazmaqdır? - Deputatdan SƏRT İTTİHAM

CƏMİYYƏT

11 Noyabr 2022 | 16:47 | Müəllif: Qalib İbrahimoğlu

BNA-nın işi ancaq cərimə yazmaqdır? - Deputatdan SƏRT İTTİHAM

Bu gün Bakının həllini gözləyən əsas məsələlərindən biri, bəlkə də birincisi tıxac problemidir. Tıxac yalnız paytaxtın mərkəzində və pik saatlarda deyil, hətta şəhərin istənilən yerində, istənilən saatda yaranır.

Bu barədə çox yazılıb, çox deyilsə də, mövcud problemin həllində çox az irəliləyiş müşahidə olunur. Tıxaclarla bağlı şikayətlər əsasən Bakı Nəqliyyat Agentliyinin ünvanına səsləndirilir. Hətta sosial şəbəkələrdə gedən müzakirələr onu göstərir ki, insanlar BNA-nın ləğvini istəyir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Bakıvaxtı.az-a bildirib ki, tıxac probleminin yaranmasının obyektiv və subyektiv səbəbləri var: “Obyektiv səbəb ondan ibarətdir ki, tıxacın olduğu yerlər Bakının 5%-dən azını təşkil edir, lakin əhalisinin 30%-ə qədər olan hissəsində özünü göstərir. Yəni, çox böyük bir sıxlıq var, binalar baş plana uyğun olaraq salınmayıb, bütün idarə və təşkilatlar, müəssisələr, ali məktəblər paytaxtda cəmləşib”.

Onun sözlərinə görə, subyektiv səbəb isə Bakı Nəqliyyat Agentliyi ilə bağlıdır. Deputat qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin ən operativ işi cərimə yazmaqdır: “Qalan hallarda Nəqliyyat Agentliyinin tıxac və digər problemlərlə bağlı hansı planları var, bilmək olmur. Bunlar nə iş görür, bilmirik”.

T.Kərimli insanların BNA-nın ləğvi ilə bağlı istəyini hörmətlə qarşılayır: “Hesab edirəm ki, səsləndirilən bütün fikirlər doğrudur”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR