• Bakı 25° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sahil Babayev: “2035-ci ilə qədər problem yoxdur”

CƏMİYYƏT

11 Noyabr 2022 | 16:45

Sahil Babayev: “2035-ci ilə qədər problem yoxdur”

“Azərbaycan əhalisinin demoqrafik hesablamalarını həm özümüz aparmışıq, həm də beynəlxalq ekspertləri cəlb etmişik. 2050-ci ilə qədər olacaq demoqrafik göstəriciləri hesablamışıq. 2035-ci ilə qədər problem yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclasda səsləndirilən təkliflərə cavabında deyib.

Nazir bildirib ki, 2035-ci ilə qədər problem yoxdur, 2035-2045-ci illər üçün yaşlanma gözlənilir, 2045-dən sonra çağırışlar yaranır:

“Bu hesablamalar pensiya sisteminin dayanıqlığına təminat verir. Biz bu illər ərzində formal məşğulluğu təmin etməliyik. Ona görə bütün fokus formal məşğulluğun təmin edilməsinə yönəldilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026