• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bakıda 39, rayonlarda 41 dərəcə İSTİ OLACAQ

CƏMİYYƏT

14 Avqust 2022 | 08:36

Bakıda 39, rayonlarda 41 dərəcə İSTİ OLACAQ

Bu gün Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.


SON XƏBƏRLƏR

25 Aprel 2024