• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sabirabadda narkotacir saxlanıldı

CƏMİYYƏT

16 May 2022 | 22:20

Sabirabadda narkotacir saxlanıldı

Sabirabadda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Sabirabad Rayon Regional Mühafizə Şöbəsinin və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramil Alışov saxlanılıb. Onun rayonun Qaratəpə kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı külli miqdarda narkotik vasitə heroin və elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026