Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusunun adını dəyişəcək.
Baklvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, bununla bağlı müxtəlif ölkələrdən olan 30-dan çox alim səhiyyə cəmiyyətinə müraciət edib. Xəstəliyin adının dəyişdirilməsini istəyənlərə görə, meymunçiçəyi sözü virusun adını dəqiq ifadə etmir və nəsə xatırlatmır.
ÜST region və heyvan adlarından yayınmaq üçün bu virusun adını dəyişməyi məsləhət görür.
















