• Bakı 15° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Azərbaycanda Məhərrəm ayının başlayacağı TARİX AÇIQLANDI

CƏMİYYƏT

15 Iyul 2022 | 10:42 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda Məhərrəm ayının başlayacağı TARİX AÇIQLANDI

İyulun 30-da Azərbaycanda Məhərrəm ayı başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi təqvimə əsasən 30 iyul Məhərrəm ayının birinci günüdür:

“Həmin gün Zilhiccə ayı tamamlanır və Məhərrəm ayı daxil olur. Bu, Hicri-Qəməri təqvimi ilə 1444-cü ilin başlanğıcıdır. Çünki Məhərrəm ayı Hicri-Qəməri təqvimində birinci aydır. Aşura günü avqustun 8-nə təsadüf edəcək. Ərbəin günü, yəni İmam Hüseynin şəhadətinin 40-cı günü sentyabrın 17-i olacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR