• Bakı 25° C

    10.67 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Almaniya əfqanları bu yolla ölkədən çıxarır

DÜNYA

16 Iyun 2024 | 19:00

Almaniya əfqanları bu yolla ölkədən çıxarır

Almaniya Daşkəndlə əfqan qaçqınlarının Özbəkistan vasitəsilə öz vətənlərinə aparılması imkanlarını müzakirə edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Almaniya daxili işlər naziri Nensi Feserin tapşırığı ilə rəsmilərdən ibarət nümayəndə heyəti mayın sonunda miqrasiya və deportasiya paktını müzakirə etmək üçün Daşkəndə səfər edib.

“Sığınacaqdan məhrum edilən və Almaniyadan deportasiya edilən məhdud sayda əfqanların Özbəkistana, daha sonra qonşu Əfqanıstana göndərilməsi planlaşdırılır. Kabilə uçuşlar özəl aviaşirkət tərəfindən həyata keçiriləcək”, - məlumatda bildirilib.

Qeyd olunub ki, rəsmi Daşkənd öz növbəsində sazişə Özbəkistandan Almaniyaya ixtisaslı işçilərin qanuni miqrasiyasına imkan verən ikitərəfli müddəaların daxil edilməsini istəyir./axar.az


SON XƏBƏRLƏR

25 Iyun 2024