• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dünyada 14,5 milyon uşaq peyvənd olunmayıb

DÜNYA

16 Iyul 2024 | 17:24 | Müəllif: Gülşən Şərif

Dünyada 14,5 milyon uşaq peyvənd olunmayıb

Peyvəndin olmamasının ən böyük səbəbi müharibə və silahlı münaqişə bölgələrində səhiyyə sistemlərinin çökməsidir. 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birg bəyanatında yer alıb.

Bildirilib ki, münaqişələr bütün dünyada uşaq peyvəndi xidmətlərinə mane olur.

"Peyvənd olunmamış uşaqların yarıdan çoxu silahlı münaqişələrin və ya digər humanitar böhranların həssas vəziyyətlər yaratdığı ölkələrdə yaşayır. Təhlükəsizlik, qidalanma və sağlamlıq xidmətlərindən məhrum olan bu uşaqların peyvəndlə qarşısı alına bilən xəstəliyə yoluxma ehtimalı çox yüksəkdir", - bəyanatda vurğulanıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR