Ukrayna Ali Radası yay vaxtına keçidi ləğv edən qanun qəbul edib.
Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak öz Telegram kanalında məlumat verib.
O, qanunun qəbulunun lehinə 261 deputatın səs verdiyini bildirib. Səsvermə zamanı 3 nəfər qanunun əleyhinə olub, 46 nəfər isə səsvermədə iştirak etməyib.
Yeni qanuna görə, bu il oktyabrın 27-də Ukraynada saatlar qış vaxtına keçəcək. Moskvadan bir saat geri qalacaq. Bundan sonra Ukrayna yay vaxtını tətbiq etməyəcək. Hazırda ölkədə vaxt Moskva ilə üst-üstə düşür.
Gülşən Şərif






JPG-1723727202.webp)
jpg-1723726775.webp)








