• Bakı 21° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Almaniya Ukraynaya hərbçilərini göndərə bilər - Berbok

DÜNYA

04 Dekabr 2024 | 13:05

Almaniya Ukraynaya hərbçilərini göndərə bilər - Berbok

Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynaya mümkün atəşkəsə riayət edilməsi üçün alman hərbçilərin göndərilməsini istisna etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Die Welt” nəşri yazır.

"Ukrayna və Rusiya arasında atəşkəs olacağı təqdirdə, sülhün təmin edilməsi üçün alman əsgərləri də cəlb edilə bilər", - nəşr onun sözlərini sitat gətirib.

Ötən həftə Avropa İttifaqının diplomatiyasının yeni rəhbəri Kaya Kallas mümkün atəşkəs naminə Avropa ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyini bildirmişdi.

“Monde”nin məlumatına görə, Fransa və Böyük Britaniya Ukraynaya Qərb hərbçilərinin göndərilməsi ilə bağlı müzakirələri yenidən başladıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026