• Bakı 19° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Aparıcı canlı efirdə belə öldürüldü - VİDEO

DÜNYA

06 Noyabr 2023 | 13:43 | Müəllif: Subhan Mahmudov

Aparıcı canlı efirdə belə öldürüldü - VİDEO

Filippində radio aparıcısı canlı yayım zamanı güllələnərək öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, radio aparıcısı DJ Conni Uolker kimi tanınan Xuan Cumalon sosial mediada canlı yayım edərkən studiyaya daxil olan bir nəfər tərəfindən güllələnərək öldürülüb. Yerli medianın polis mənbələrinə əsaslanaraq verdiyi xəbərlərdə, təcavüzkarın efirdə vacib bir məlumatı elan etmək" üçün Cumalonun canlı efirdə olduğu studiyaya daxil olmaq icazəsi istədiyi bildirilib. Filippin Milli Jurnalistlər Assosiasiyası hücumun Cumalonun radio stansiyası kimi də istifadə etdiyi evində baş verdiyini açıqlayıb.

Filippin prezidenti Ferdinand Markos Cumalonun qətlini pisləyərək, təqsirkarların tez bir zamanda məsuliyyətə cəlb edilməsi üçün hərtərəfli təhqiqatın aparılmasını əmr etdiyini deyib. Polisdən verilən açıqlamada Cumalonun həyatı üçün hər hansı təhlükə ilə bağlı daha əvvəl heç bir məlumatın daxil olmadığı qeyd edilib./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026