Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində Gədəbəy rayonunun İsalı, Fərzalı və Arabaçı kəndlərində seçicilərlə görüş keçirildi.
Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq Milli Qəhrəman Məzahir Rüstəmovun Mutudərə kəndinin girişində şəhid olduğu yerdə inşa edilmiş abidə kompleksi və Fərzalı kəndində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin abidə komleksi ziyarət olunaraq, əziz xatirələri böyük ehtiramla yad edildi, abidə kompleksi üzərinə tər çiçəklər qoyuldu.
Daha sonra seçicilərlə görüş keçirilərək namizədin platforması açıqlandı, seçicilərin fikir və təklifləri dinlənilərək müvafiq qeydlər aparıldı.
































