Ukraynanın işğalından təxminən dörd il sonra Brüssel Rusiyanı karbohidrogenlərdən əldə etdiyi maliyyə gəlirindən məhrum etmək istəyir.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Avropa Parlamentinin deputatları ilə Avropa dövlətləri arasında 2027-ci ilin payızına qədər Rusiya qazının Avropa İttifaqına (Aİ) bütün idxalını qadağan etmək barədə razılıq əldə olunub.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen jurnalistlərə deyib: “Bu, yeni dövrün -Avropanın tam enerji müstəqilliyinin başlanğıcıdır”.
Avropanın enerji məsələləri üzrə komissarı Dan Yorgensen də qeyd edib: "Biz buna nail olduq. Daha şantaj cəhdləri yoxdur. Putinin bazar manipulyasiyası yoxdur. Biz Ukrayna ilə həmrəyik".
Rusiya isə dərhal Aİ-nin qərarını qınayıb. Kremlin sözçüsü Dmitri Peskovun bildirib:
“Bu qərar özünü daha bahalı enerji ilə güc itkisini sürətləndirməyə məhkum edir”.
Qeyd edək ki, Rusiya qazının Aİ-nin qaz idxalında payı 2021-ci ildə 45%- idisə, 2024-cü ildə bu, 19%-ə düşüb.
Aydın Baxış
Bakı 



