• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“AZAL Günü”: “Kinderland”də uşaqlar üçün böyük bayram - FOTO

CƏMİYYƏT

01 Iyun 2023 | 13:05

“AZAL Günü”: “Kinderland”də uşaqlar üçün böyük bayram - FOTO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində AZAL xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün böyük bayram təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, “Kinderland” uşaq əyləncə mərkəzində keçirilən “AZAL Günü” tədbirində Vətən müharibəsi şəhidlərinin övladları, uşaq evləri və internat məktəblərinin şagirdləri, həmçinin fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər.

Bu sosial aksiya çərçivəsində uşaqlar müsabiqələrdə, master-klasslarda və böyük rolunu oynayaraq müxtəlif oyunlarda iştirak ediblər. Xüsusi hazırlanmış əyləncə proqramı hər bir uşaq üçün unudulmaz istirahət və maksimal zövq təmin edib.

Bununla belə, bu tədbir uşaqlar üçün həm əyləncə, həm də məlumat dolu olub - onlar aviasiyanın ecazkar dünyası ilə tanış olublar. AZAL əməkdaşları pilotların, təyyarə bələdçilərinin və aviasiya sahəsinin digər mütəxəssislərinin işi haqqında uşaqlara danışıblar.

Uşaqlar üçün bayramın necə keçirildiyinə dair videonu aşağıdakı linkdən izləyə bilərsiniz: https://youtu.be/NvuLVuZNPjI


SON XƏBƏRLƏR