• Bakı 24° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.8727

    RUB - 0.0186

Azərbaycan Kuzey Kıbrıs Türk Cumhuriyyətini tanıyacaq? - AÇIQLAMA

GÜNDƏM

26 Sentyabr 2023 | 16:13

Azərbaycan Kuzey Kıbrıs Türk Cumhuriyyətini tanıyacaq? - AÇIQLAMA

Azərbaycan Türk Dövlətləri Təşkilatının noyabrın 3-də Qazaxıstanda keçiriləcək növbəti Zirvə Toplantısında Şimali Kipr Türk Respublikasının (KKTC) iştirak etməsini istəyir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə ciddi əzmkarlığı var: "Orada KKTC bayrağının dalğalanmasını istədiyini də açıqlayır. Ümid edirəm ki, KKTC ilə bağlı atılan bu addımda əl-ələ, çiyin-çiyinə qətiyyətimizi göstərməyə davam edəcəyik. KKTC-nin tanınması Kipr adasında daimi sülh və əmin-amanlığı təmin etmək istəyən bütün ölkələr üçün ən yaxşı seçimdir. Adanın reallıqları göz qabağındadır və KKTC Kiprdə bir reallıqdır”.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan Qarabağda separatizmə son qoyduqdan, bununla ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Kuzey Kıbrıs Türk Cumhuriyyətini (KKTC) tanımaq istiqamətində addımlar ata bilər.

Analitikin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da belə bir istəyi var: "Keçmişdə rəsmi Bakı Kuzey Kıbrıs məsələsində ona görə ehtiyatlı davranırdı ki, Yunanıstan Qarabağ separatçılarını tanıya bilərdi. Artıq torpağımızda nə separatçılıq qalıb, nə də onları tanımaq təhlükəsi mövcuddur”.

Elxan Şahinoğlu: Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələrinə də KKTC-ni tanımasına heç nə mane olmur

Elxan Şahinoğlu qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan Naxçıvandan geri dönərkən təyyarədə jurnalistlərin suallarına cavabında Azərbaycan prezidenti İlham Əliyevin KKTC prezidenti Ersin Tatarı 3 oktyabrda Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının toplantısına dəvət təşəbbüsünə dəstək verdiyini xatırladıb: “Ərdoğan ölkə başçısı İlham Əliyevin KKTC-yə artan dəstəyindən məmnundur. Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələrinə də KKTC-ni tanımasına heç nə mane olmur".

Aydın Baxış


SON XƏBƏRLƏR