• Bakı C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Azərbaycan-Macarıstan ikinci konsulluq məsləhətləşmələri keçirildi

SİYASƏT

11 Fevral 2026 | 17:45

Azərbaycan-Macarıstan ikinci konsulluq məsləhətləşmələri keçirildi

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Bakıvaxtı.az-a XİN-dən məlumat verilib.

Qeyd edilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Macarıstan nümayəndə heyətinə isə Xarici İşlər və Ticarət Nazirliyinin Konsulluq və Vətəndaşlıq idarəsinin direktoru Balaş Farkas rəhbərlik edib.

Görüşdə, həmçinin, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamas Torma, o cümlədən, Azərbaycanın Baş Prokurorluğunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Xidmətinin, Elm və Təhsil Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm strateji tərəfdaş və yüksək əlaqələrin mövcud olduğu Macarıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər arasında o cümlədən, hüquqi yardım, təhsil, miqrasiya, əmək və digər sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər müzakirə olunub.


SON XƏBƏRLƏR