"Böyük millət sözü böyük ideoloji anlayışdır. Bu, ideoloq alimlər və ideoloji işlərlə məşğul olan şəxslərin məşğul olmalı olduğu işdir. Ona görə ki, bu dövlətlərin bir millət kimi funksiyalaşması asan məsələ deyil”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzində “Böyük millət- güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən dəyirmi masada fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə deyib.
O qeyd edib ki, Şuşa Bəyannaməsi də bu mövzunun təcəssümüdür: “Azərbaycanın işbirliyi əlaqələri təkcə Türkiyə ilə deyil, digər dövlətlərlə də var. Güclü dövlət həm də geosiyasi məsələlərdə Cənubi Qafqazın inkişafı ilə əlaqəlidir".
"Müasir Azərbaycan qalibdir" deyən İ.Məmmədzadə qeyd edib ki, amma müasir olmaq həmişə inkişafda olmaq deməkdir. Onun sözlərinə görə, fikirləşmək lazımdır ki, sonrakı qələbələri necə əldə etmək olar.
"Bəlkə də bu son müharibə axırıncı olmayacaq. Müasir dünyaya artıq müharibə qayıdır, biz etiraz edə bilmərik ki, əsas məsələ müharibəsiz dünyadır. Bu, bir reallıqdır ki, müharibəsiz dünya bir xəyaldır. Azərbaycan son proseslərə hazır olmalıdır”, - deyə İlham Məmmədzadə vurğulayıb.
Ramid İbrahimov















